Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını qətiyyətlə pisləyib.
Nazirlik Pakistanda baş verən terror aktı ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada hücumun şiddətlə pisləndiyi, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı verildiyi vurğulanıb və əlavə edilib: “Türkiyə dost və qardaş Pakistan hökuməti və xalqı ilə terrora qarşı mübarizədə tam həmrəydir”,-deyə qeyd edilib.
Mövsüm
AzNews.az