"Abşeronda seçicilərlə bugünkü görüşümüzdə Seçki Platformamda yer alan müxtəlif məsələlər, o cümlədən rayonumuzun dayanıqlı və təmiz inkişafına yönəlmiş hədəflər barədə çıxış etdim. Görüşdə ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və idmançılar ilə yanaşı, idmansevərlər də iştirak edirdi. Bunu nəzərə alıb tədbirdə dövlətimizin idmanın inkişafına ayırdığı diqqət və qayğıdan, idmançılarımızın Paris Olimpiadasındakı uğurlarından danışdıq".
AzNews.az xəbər verir ki, bu barədə 49 saylı Abşeron II Seçki Dairəsindən deputatlığa namizəd Rizvan Nəbiyev feysbuk səhifəsində məlumat yayıb. O daha sonra bildirib:
"Ölkəmizə daima qələbə sevincini yaşadan idmançılarımıza, təhsil və elm sahəsində əldə etdiyi uğurları ilə sevindirən gənclərimizə bir daha müvəffəqiyyətlər arzulayıram.Abşeronda seçicilərlə bugünkü görüşümüzdə Seçki Platformamda yer alan müxtəlif məsələlər, o cümlədən rayonumuzun dayanıqlı və təmiz inkişafına yönəlmiş hədəflər barədə çıxış etdim.
Görüşdə ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və idmançılar ilə yanaşı, idmansevərlər də iştirak edirdi.
Bunu nəzərə alıb tədbirdə dövlətimizin idmanın inkişafına ayırdığı diqqət və qayğıdan, idmançılarımızın Paris Olimpiadasındakı uğurlarından danışdıq".
"Ölkəmizə daima qələbə sevincini yaşadan idmançılarımıza, təhsil və elm sahəsində əldə etdiyi uğurları ilə sevindirən gənclərimizə bir daha müvəffəqiyyətlər arzulayıram", - deyə o qeyd edib.