Püskürən vulkan şəhəri qaranlığa bürüdü

18 Avqust 2013 21:44 (UTC+04:00)
Ötən ay oyanmış, Küsü adasında yerləşən Sakuradzima vulkanı 5 min metr yüksəkliyə kül və tüstü püskürüb.

Püskürmə yerli vaxtlda 16:31-də başlayıb (Bakı vaxtı ilə 12:31). Bundan başqa, Syova kraterinin cənubunda 1 km uzunluqda piroklastik axın müşahidə olunur.

Yerli KİV-lərin məlumatına görə, vulkanın olduğu Kaqosima prefekturasının inzibati mərkəzi göydən yağan kül səbəbindən alatoranlığa bürünüb.

Sosial şəbəkələrdə, Twitter və Facebook-da şəhərin müxtəlif hissələrində çəkilmiş, qalın kül yığını altında qalan küçə və maşınların şəkilləri paylaşılır.

Vulkanın yaxınlığındakı rayonlar üçün Kaqosimanın meteoroloji xidməti "qırmızı" xəbərdarlıq elan edib.

Bir vaxtlar ayrıca ada olan Sakuradzima vulkanının ən güclü aktivliyi 2009-cu ilin aprelində qeydə alınmışdı. O zaman Kaqosimada 1 kv.m-ə 243 q kül düşmüşdü. (milli.az)

AzNews.az