Türkiyənin Xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün gəldiyi Belçikanın paytaxtı Brüsseldə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
Nazir Fidanın qatıldığı görüşdə Aİ-nin Türkiyə ilə əlaqələrini gücləndirmək üçün konkret addımlar atması gözləntiləri həmsöhbətlərə çatdırılacaq.
Toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi müzakirə olunacaq. Gömrük İttifaqının yenilənməsi və viza məsələsi də gündəmdə olacaq.
Nazir Fidan Türkiyənin Kiprlə bağlı dəqiq mövqeyini bir daha Aİ tərəfinə çatdıracaq.
Mövsüm
AzNews.az