Ağ Evin damına günəş batareyaları quraşdırılacaq

19 Avqust 2013 07:38 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama ekologiya və alternativ enerji mənbələrinə keçidin vacibliyi haqqında danışmağı sevir.

Lakin Obama yalnız ikinci prezidentlik müddətində öz iqamətgahına günəş batareyaları quraşdırmağa müvəffəq olub.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, prezident administrasiyasının nümayəndəsi "The Washington Post"un jurnalistlərinə bildirib ki, nəhayət ki, Obama bu həftə Ağ Evi ekoloji günəş enerjisi ilə təchiz edəcək.

Sözügedən nəşrin anonim mənbəsinin sözlərinə görə, günəş batareyalarının quraşdırılması ABŞ prezidentinin iqamətgahının enerji təchizat sisteminin kompleks yenidən qurulmasının bir hissəsi olacaq.

AzNews.az