ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub

30 Avqust 2024 17:53 (UTC+04:00)

Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağının ərazisində Amerika Birləşmiş Ştatlarının ( ABŞ ) hərbi bazası raket atəşinə tutulub.

Bu barədə Suriyanın Şam FM radiosu məlumat yayıb.

“Deyr əz-Zorun şimal-şərqindəki Koniko qaz yatağına bir neçə raket atılıb və güclü partlayış səsləri eşidilib”, - materialda deyilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Mövsüm

AzNews.az