3 nəfər əhalinin gözü qarşısında edam edildi- İranda

19 Avqust 2013 08:07 (UTC+04:00)
İranın Əlborz vilayətində əhalinin gözü qarşısında 3 nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbuslar təcavüzdə günahlandırılaraq dar ağacından asılıblar. Onların ad və soyadları açıqlanmayıb. Məhbuslar 14 müxtəlif oğurluğa, 2 adam oğurluğuna qatıldıqlarını və 2 nəfərə təcavüz etdiklərini boyunlarına alıblar.

Onlar yalnız çoxsaylı şikayətlərdən sonra ötən il həbs ediliblər və Kərəc Ümumi və İnqilab Məhkəməsi tərəfindən ölüm hökmünə məhkum ediliblər.

Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 18-də səhər saatlarında Kərəc şəhərinin üç ayrı nöqtəsində - Taliqani meydanı, Fərdis və Məhəmməd rayonlarında icra edilib.

AzNews.az