Sahib Alıyev: "Ağdaşda belə bir formatda görüşdüyüm hər kəsə minnətdaram"

30 Avqust 2024 19:26 (UTC+04:00)

"Seçicilərlə deputatlığa namizədin bir-birilərini daha yaxşı tanımaları baxımından yığcam formatda, yaxud da fərdi görüşlər çox önəmlidir".

AzNews.az xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində 93 saylı Ağdaş seçki dairəsindən namizəd olan Sahib Alıyev bildirib.

"Əslində keçirilən bütün böyük görüşlərə də bu cür ünsiyyət təsirsiz ötüşmür. Ağdaşda belə bir formatda görüşdüyüm hər kəsə minnətdaram, çünki onlardan ancaq sayğı, anlayış və yüksək qonaqpərvərlik gördüm", - deyə o qeyd edib.