Atəşkəs pozulub
19 Avqust 2013 08:12 (UTC+04:00)
Cəbhə xəttində qeyri-sabitlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, уrməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az