Ombudsman səsvermə hüququndan istifadə edib

1 Sentyabr 2024 08:58 (UTC+04:00)

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə hüququndan istifadə edib.

O, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13-cü seçki məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar parlament seçkiləri keçirilir.