Füzuli şəhərində seçici fəallığı müşahidə olunur

1 Sentyabr 2024 09:08 (UTC+04:00)

Növbədənkənar parlament seçkilərində səsvermə işğaldan azad edilən Füzuli şəhərində də seçici fəallığı şəraitində keçirilir.

Füzuli şəhəri M.Uluqbəy adına 1 saylı orta məktəbdə fəaliyyət göstərən 84 saylı Füzuli seçki dairəsinin 75 saylı məntəqəsində seçicilər öz səsvermə hüquqlarından istifadə edirlər.

Qeyd edilir ki, səhər saatları olmasına baxmayaraq, məntəqədə seçici fəallığı müşahidə olunur.