Azad Qarabağda və Şərqi Zəngəzurda seçici fəallığı

1 Sentyabr 2024 11:10 (UTC+04:00)

Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:

118 saylı Ağdam-Xocalı – 12,6 %

119 saylı Ağdam – 13,63%

120 saylı Cəbrayıl-Qubadlı -9.85%

121 saylı Laçın -13%

122 saylı Xankəndi -17,54%

123 saylı Kəlbəcər -8,25 %

124 saylı Şuşa-Ağdam-Xocavənd -13.43%

125 saylı Zəngilan-Qubadlı -11,4 %