Kəlbəcər Şəhər Təhsil Kompleksinin inşası davam etdirilir.
Bu barədə jurnalistlərə Kəlbəcərə təşkil olunan mediatur zamanı bildirilib.
Qeyd olunub ki, kompleksdə modul tipli məktəb və peşə dərslərinin keçirilməsi üçün müasir standartlara uyğun siniflər fəaliyyət göstərəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində görülən işlərlə tanış olublar.