“Facebook”un təhlükəsizlik sistemində səhv aşkar edilib

19 Avqust 2013 09:58 (UTC+04:00)
Fələstindən informasiya texnologiyaları sahəsində Xəlil ləqəbli ekspert deyib ki, sosial şəbəkənin yaradıcısının səhifəsindəki səhv digər insanlara hesabat dərc etməyə imkan verir.

Bildirilib ki, veb-saytın təhlükəsizlik sazlamaları istənilən insana "Facebook"da başqa istifadəçinin səhifəsində yazmağa imkan verir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, fələstinli hakerin saytın təhlükəsizlik sistemində aşkar etdiyi problem istifadəçini dostlar siyahısına əlavə etmədən onun divarında mesaj yazmağa imkan verir. Xəlil öncə "Facebook"un texniki dəstək bölməsinə müraciət edib, lakin şirkətin əməkdaşları buna əhəmiyyət verməyib.

Mark Zukerberqə müraciət müsbət nəticələnib. Mesajın sözügedən sosial şəbəkənin yaradıcısının divarında yerləşdirilməsindən bir neçə dəqiqə sonra təhlükəsizlik xidmətinin əməkdaşları hakerlərlə əlaqə saxlayaraq detalları dəqiqləşdirməyi ondan xahiş ediblər. Bundan sonra Xəlilin səhifəsi bloklanıb və səhv aradan qaldırılıb.

Xatırladaq ki, şirkət boşluq aşkar etmiş və bu barədə məlumat vermiş hər kəsə 500 dollar dəyərində mükafat təklif edir.

Lakin haker sözügedən mükafatı ala bilməyib. "Facebook" komandası hesab edib ki, haker sosial şəbəkə istifadəçilərinin şəxsi həyatına müdaxilə edib.

AzNews.az