Misirdə 24 polis öldürüldü
19 Avqust 2013 11:21 (UTC+04:00)
Misirin Sina bölgəsində iki polis maşınına hücum olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hücum nəticəsində 24 polis əməkdaşı ölüb.
Polis maşınları raketlərlə vurulub. Qeyd edə ki, Sina bölgəsində Mursi devrildikdən sonra bu cür hadisələrə tez-tez rast gəlinir.
AzNews.az