Misir Türkiyəni hədələdi

19 Avqust 2013 11:58 (UTC+04:00)
Misir ölkənin daxili işlərinə qarışdığına görə, Türkiyəni qondarma Erməni soyqrımına imza atacağı ilə hədələyib.

ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Misirin müvəqqəti prezidenti Adlı Mənsur "Twitter" sosial şəbəkəsindəki hesabında məlumat yayıb:

"Misirin BMT-dəki nümayəndəliyi nəticədə bir milyon erməninin öldüyü və Türkiyə rəsmiləri tərəfindən törədilən qondarma "erməni soyrımı"nı təsdiqləyən sənədi imzalayacaq".

Xatırladaq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misir ordusunun öz xalqına qarşı soyqırım törətdiyini demişdi.

AzNews.az