Bakıda gürcüstanlılar həbs edildilər

19 Avqust 2013 12:50 (UTC+04:00)
Polis gürcüstanlılardan ibarət dəstəni həbs edib.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dəstə üzvləri avqustun 14-də Bakı şəhər sakini Nizami Nəzərovun Talıblı küçəsindəki evindən edilmiş oğurluqda şübhəli bilinirlər. Evə açarseçmə yolu ilə girən şəxslər tikinti materialları oğurlayıblar.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən Heydər Musaquliyev, Rafiq Musayev və qardaşı Paşanı tutublar. Onların üzərinə baxış keçirilərkən H.Musaquliyevdən 0,331, Rafiq Musayevdən 0,348 və qardaşı Paşadan 0,293 qram heroin aşkar edilib. Tutulanların hamısı Gürcustan Respublikasının vətəndaşlarıdır. Polis dəstə üzvlərinin cinayəti ilə bağlı istintaq aparır.


AzNews.az