Bakı Teleqülləsində yoxlama aparılıb

19 Avqust 2013 14:04 (UTC+04:00)
Dövlət Radiotezliklər İdarəsnin (DRİ) Radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı Teleqülləsindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi analizini aparıblar.

DRİ-dən ANS PRESS-ə verilən məlumata görə, ölçmə işləri Sumqayıt, Bilgəh, Binə, Mərdəkan, Zağulba, Zığ, Şüvəlan, Ələt, Qobustan, Tağıyev adına qəsəbə, Pirallahı və Xızı rayonunun Giləzi qəsəbələrinin yaşayış massivlərində aparılıb.

DRİ-nin məlumatlarına görə, TV və FM proqramlarının yaratdığı elektromaqnit sahələrinin gərginliyi normaları ötmür.

AzNews.az