Prezident Oğuz rayonuna 2 milyon manat ayırdı

19 Avqust 2013 18:56 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Oğuz Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

AzNews.az