I sinfə gedəcək uşaqların sayı açıqlandı

20 Avqust 2013 08:26 (UTC+04:00)
Təhsil Nazirliyi bu il birinci sinfə gedəcək şagirdlərin sayını açıqlayıb.

APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2013-2014-cü tədris ilində ümumi təhsil məktəblərində I sinfə gedəcək şagirdlərin gözlənilən sayı 141 166 nəfərdir. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır.

2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub (73 182 oğlan, 62 359 qız).

AzNews.az