Şirkətdən 110 min manat oğurlayan şəxslər yaxalandı - ÖZƏL

20 Avqust 2013 08:44 (UTC+04:00)
2012-ci ilin sentyabr ayında "Atropaten" LTD-dən 110 min manat oğurlanması ilə bağlı cinayət əməlinin üstü açılıb.

Abşeron rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində oğurluqda iştirak etdiyi ehtimal olunan 3 nəfərdən biri, Qaradağ rayon sakini Tahir Bağırov dünən saxlanılıb.

RPŞ-dən bildirilib ki, ikinci şəxsin də adı istintaqa məlumdur və o, artıq saxlanılıb. Hazırda həmin şəxs də RPŞ-yə gətirilir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam edir.

Ruhiyyə
AzNews.az