Azərbaycana narkotik vasitə gətirən qadına hökm oxundu
20 Avqust 2013 09:38 (UTC+04:00)
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Rəziyyə Qənbərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəziyyə Qənbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz əldə olunması, saxlanması və daşınması) maddələri ilə ittiham edilib.
AzNews.az