Niyazi üçün “Açıq qapı” keçirilir

20 Avqust 2013 11:38 (UTC+04:00)
Bu gün dünya şöhrətli azərbaycanlı dirijor Niyazinin doğum günüdür.

Bu məqsədlə bu gün Niyazinin ev muzeyində "Açıq qapı" adlı mərasim keçiriləcək.

Bu barədə AzNews.az-a sözügedən muzeyin direktoru Rza Bayramov məlumat verib. Onun sözlərinə görə, tədbirdə Niyazi ilə yanaşı Üzeyir Hacıbəyovun da əsərləri səslənəcək: "Musiqiçilər, bəstəkarlar, muzey işçiləri dəvət olunub. Onların ifasında Niyazinin səslənməyən musiqiləri eşidiləcək".

Bahar Rüstəmli
AzNews.az