Əli Hacı prezidentliyə namizəd oldu
20 Avqust 2013 11:55 (UTC+04:00)
"Yeni İslahatçılar" Təşəbbüs Qrupu sufi şairin sənədlərini MSK-ya təqdim etdi
Prezidentliyə namizədlər sırasına daha bir namizəd qoşuldu. Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisinin sədr müavini, Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Əli İsa Ağaevli 9 oktyabr Azərbaycan Respublikası Prezident Seçkilərində iştirak edəcək. Prezidentliyə namizədin sənədləri artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
"Yeni İslahatçılar" Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Əli İsa Ağaevli Əli Hacı imzası ilə məşhur sufi şairdir.
AzNews.az