Bu gündən ali məktəblərdə qeydiyyat başladı

20 Avqust 2013 12:47 (UTC+04:00)
2013-2014-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçən şəxslər avqustun 20-dən qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Onlar avqustun 29-na kimi qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.

Qeyd edək ki, alı məktəblərə qeydiyyat avqustun 29-da bitəcək.

AzNews.az