“Misirdəki hadisələrin arxasında İsrail dayanır“
20 Avqust 2013 13:26 (UTC+04:00)
"Misirdə prezident Məhəmməd Mursinin devrilməsi ilə nəticələnən bütün hadisələrin arxasında İsrail dayanır".
Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Baş nazirin sözlərinə görə, hələ 2011-ci ildə Misirdə "Müsəlman Qardaşları" qalib gəldikdə, İsrail Misirdə islamçılara yer olmadığını və onların hakimiyyətdə qala bilməyəcəyini bildirməklə öz mövqeyini bildirib.
Ərdoğan, həmçinin bildirib ki, Qərb demokratiyanı öyrənməlidir, çünki bu gün Qərb demokratiya anlayışından uzaqdır.
AzNews.az