Sabah yağış yağacaq

20 Avqust 2013 14:13 (UTC+04:00)
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 21-də Bakıda qısamüddətli yağış yağacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə19-24, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında avqustun 21-də şimşək çaxacaq, yağış yağacaq, qərb küləyi əsəcək. Temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Avqustun 22-dək respublikanın rayonlarında qeyri-sabit, yağışlı hava şəraiti, temperaturun bir qədər enməsi, bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Yalnız Şəki-Zaqatala zonasında intensiv yağıntılar yığılmış tütün yarpaqlarının qurudulmasını bir qədər çətinləşdirəcək, lakin torpaqda məhsuldar rütubət ehtiyatlarının artmasına səbəb olacaq. Ümumiyyətlə, ehtimal edilən hava şəraiti bağlarda meyvələrin və üzüm bağlarında süfrə üzümünün, bostanlarda tərəvəzin yığımında, çoxillik otların biçini və becərmə işlərinin aparılmasında mühüm çətinliklər yaratmayacaq.

AzNews.az