“Chrome” brauzerinə valideyn nəzarəti funksiyası quraşdırılacaq

20 Avqust 2013 18:00 (UTC+04:00)
"Google" şirkəti "Chrome" brauzerində "nəzarət edilən hesablar" funksiyasını təqdim etməyi planlaşdırır.

Sözügedən yenilik sayəsində valideynlər uşaqlarının internetdəki davranışına nəzarət edəcək və müəyyən kateqoriyaya aid saytlara girişi məhdudlaşdıracaq.

Çox güman ki valideyn nəzarəti funksiyası "Chrome OS" əməliyyat sistemi ilə işləyən xrombuk kompüterlərinə quraşdırılacaq.

İnternet nəhəngi hazırda yeni funksiyanı təkmilləşdirir, ona görə də "Chrome" brauzerində valideyn nəzarəti funksiyasının məhz necə olacağını əvvəlcədən demək olmaz.

AzNews.az