Ərdoğan Putini ad günü münasibətilə təbrik edib

7 Oktyabr 2024 18:47 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə telefonla təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti Teleqram-da məlumat yayıb.

“Rəcəb Tayyib Ərdoğan telefon danışığında Vladimir Putini ad günü münasibətilə ürəkdən təbrik edib. Liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun olduqlarını və gələcək sıx qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.

İki ölkə liderləri aktual ikitərəfli və beynəlxalq məsələləri, o cümlədən Yaxın Şərqdə baş verən təhlükəli hadisələri müzakirə ediblər. Bundan əlavə, tərəflər BRİKS-in Kazan sammitinin tədbirləri zamanı ayrıca görüşün keçirilməsinə dair razılığı təsdiqləyiblər.

Mövsüm

AzNews.az