Sabir Rüstəmxanlıdan yeni təyinatlar

20 Avqust 2013 14:51 (UTC+04:00)
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı VHP-nin Nizamnaməsinə uyğun olaraq yeni təyinatlar imzalayıb.

VHP sədrinin sərancamına əsasən Yusif Salmansoy partiya sədrinin təbliğat məsələləri üzrə müavini, Nəsimi Şərəfxanlı Güney Azərbaycan üzrə müşaviri, Aygün Qurbanova isə Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri təyin olunublar.

AzNews.az