MHM-də daxili audit

20 Avqust 2013 15:00 (UTC+04:00)
Mərkəz informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almağa hazırlaşır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir. Bu prosesin sonunda "ISO 27001" informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat alacaq.

AzNews.az-a MHM-dən verilən məlumata görə, bu ilin sonuna kimi sertifikasiya öncəsi beynəlxalq auditor yoxlaması davam edəcək. Bu audit mərkəzə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.

Ruhiyyə
AzNews.az