Obama ailəsi yeni it aldı

20 Avqust 2013 18:18 (UTC+04:00)
ABŞ prezidenti Barak Obamanın ailəsi yeni it alıb.

Portuqal növündən olan bir yaşlı itin adı Sannidir.

Qeyd edək ki, prezidentin ailəsində bundan əvvəl də Bo adlı eyni cinsdən olan it var idi. ABŞ-ın birinci xanımı jurnalistlərə açıqlamasında demişdi ki, onların ev heyvanları tək darıxır.

Bo Ağ Evdə artıq 4 ildir - 2009-cu ilin aprel ayından yaşayır.

AzNews.az