Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı müraciətini rədd edib.
Bu barədə məhkəmənin saytında yerləşdirilən məlumatda qeyd edilib.
Qətnamənin mətnində deyilir: “İddiaçının iş üzrə yekun qərar (məhkəmə - red.) çıxarılana qədər mübahisələndirilən normaların qüvvəsinin dayandırılması ilə bağlı tələbi ilə razılaşmırıq”.
Məhkəmə qanunun müvəqqəti dayandırılması üçün heç bir əsas görməyib, həmçinin Zurabişvilinin Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasının mümkün pozulması ilə bağlı arqumentlərini inandırıcı və əsassız hesab edib.
Mövsüm
AzNews.az