Türkiyə millisinin baş məşqçisi istefa verdi

20 Avqust 2013 21:40 (UTC+04:00)
Türkiyə milli futbol komandasının baş məşqçisi Abdullah Avcı istefa verib.

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərəgörə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

2011-ci ildən qardaş ölkə yığmasını çalışdıran 50 yaşlı mütəxəssis istefa mətnində bu sözləri qeyd edib: "Futbolda qazanmaq da, məğlub olmaq da olduğu kimi birlikdə çalışmaq da, ayrılmaq da var. Mən də ayrılmağın ən doğru qərar olduğunu düşündüm və bu fikrimi TFF prezidenti cənab Yıldırım Dəmirörən ilə paylaşdım. Başda federasiya rəhbəri olmaq üzrə bütün TFF rəsmilərinə mənə verdikləri dəstəyə görə təşəkkür edirəm".

AzNews.az