Tanınmış teleaparıcı istintaqa cəlb olundu- VİDEO

21 Avqust 2013 07:27 (UTC+04:00)
Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçak İstintaq komitəsinə çağrılaraq surğu-sual olunub.

Onun sorğu-sual olunmasına səbəb, Dövlət Dumasının deputatları Elena Mizulina və Olqa Batalinanı təhqir etməsi və onlara böhtan atması olub.

İddiaya görə, Sobçakla həmin deputatlar arasında ötən həftə "Tvitter"-də bir məsələ ilə bağlı müzakirə gedib. Ancaq çox çəkmədən müzakirə qalmaqallı mübahisəyə çevrilib və jurnalist onları təhqir edib.

K. Sobçak mətbuata açıqlamasında, E.Mizulinanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: "Onun kimi ictimai xadimlərə qarşı cinayət işi qaldırmaq lazımdır ki, işlərini düzgün apara bilsinlər".(anspress)



AzNews.az