Cəbhə xəttində gərginlik davam edir

21 Avqust 2013 07:38 (UTC+04:00)
Azərbaycan əraziləri Ermənistan tərəfindən yenidən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az