Xəzərdə zəlzələ olub

21 Avqust 2013 07:41 (UTC+04:00)
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ avqustun 20-də saat 18.26-da Xəzər dənizində, Qaladan 130 km şərqdə qeydə alınıb.

Maqnitudası 3.40 olan, 45 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

AzNews.az