Məşhur futbolçu intihar etdi

21 Avqust 2013 07:50 (UTC+04:00)
Məşhur rumın futbolçusu və məşqçisi Kostike Ştefenesku Buxarestdəki hərbi hospitalın 5-ci mərtəbəsindən özünü aşağı ataraq intihar edib.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Kostike Ştefenesku xərçəngin ağır formasından əziyyət çəkirmiş. Xəstəxanaya daxil olmamışdan əvvəl o Almaniyada uğursuz müalicə kursu keçib.

Rumıniyanın üçqat çempionu, ölkə Kubokunun beşqat sahibi olan Ştefenesku 1977-1985-ci illərdə milli yığmanın tərkibində çıxış edib. 1986-cı ildən 2012-ci ilədək "Styaua", "Politexnik" və "Universitati" klublarının baş məşqçisi olub.

AzNews.az