Suraxanıda ev yanıb

21 Avqust 2013 08:08 (UTC+04:00)
Bakıda ötən gün axşam saatlarında yanğın baş verib.

Yanğın paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az