“Ağ ev”dən Ərdoğana sərt reaksiya
21 Avqust 2013 08:44 (UTC+04:00)
Ötən gün Misirdə baş verən son hadisələrin arxasında İsrailin olduğu barədə iddia irəli sürən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ rəsmiləri tərəfindən sərt reaksiyaya məruz qalıb.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Ağ Ev" rəsmisi Coş Ernest Ərdoğanın İsraillə bağlı iddiasına qarşı çıxıb.
Earnest deyib ki, İsrailin Misirdə baş verənlərdə əli olmasını barədə fikirlər səhv və əsassızdır
Əli Rais Hüseynli
AzNews.az