Alim Qasımov Fransaya gedir

21 Avqust 2013 09:56 (UTC+04:00)
Xalq artisti Alim Qasımov Azərbaycandan gedir.

Bu barədə AzNews.az-a açıqlama verən tanınmış muğam ustası deyib ki, yaxın günlərdə Türkiyə və Fransaya səfər edəcək və hər iki ölkədə konsert proqramı ilə çıxış edəcək.

A.Qasımov repçi Hüseyn Dərya ilə birgə həyata keçirəcəkləri layihədən də söz açıb. O bildirib ki, H.Dərya ilə oxuyacağı mahnının sözləri ilə tanış olub: "Bəyəndim, layihədə Azərbaycan və vətəndən danışılır. Vətənpərvər ruhdadır. Alim bəyənmədiyi işə qol qoymaz".

Bahar Rüstəmli
AzNews.az