Ankarada Tusaş şirkətinin binası yaxınlığında atışma və partlayışlar baş verib

23 Oktyabr 2024 18:19 (UTC+04:00)

Ankarada yerləşən Tusaş aerokosmik şirkətinin binası yaxınlığında partlayışlar və atışma qeydə alınıb.

Bu barədə “A Haber” məlumat yayıb.

Telekanalın məlumatına görə, əvvəlcə atəş səsləri eşidilib, ardınca təhlükəsizlik məntəqəsi yaxınlığında partlayış olub.

KİV-in məlumatına görə, bina terrorçu tərəfindən partladılıb.

“A Haber” saytı “1 nömrəli darvaza və qapının partladıldığını” bildirib.

Mövsüm

Aznews.az