Bakıda 16 yaşlı qız qaçırıldı

21 Avqust 2013 13:05 (UTC+04:00)
Avqustun 21-nə keçən gecə Bakıda yeniyetmə qızın qaçırılması ilə bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat daxil olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, polisə müraciət edən Yasamal sakini 45 yaşlı Y.M bildirib ki, qızı 16 yaşı hələ tamam olmamış Höküməni (ad şərtidir) Sumqayıt şəhər sakini 1993-cü il təvəllüdlü Samir Şahverdiyev qaçırıb. 3 gün əvvəl yeniyetmə qızı evlənmək məqsədi ilə qaçıran gənc daha sonra fikrindən vaz keçib və qızı atasının evinə qaytarıb.

Məlumata görə, S.Şahverdiyev barəsində cinayət işi olub və o, Sumqayıt şəhər Polis İdarəsində qeydiyyata düşüb. 20 yaşlı oğlanın 16 yaşlı qızla birgə olduğu vaxt onu cinsi zorakılığa məruz qoyub-qoymaması və digər məqamlar polis tərəfindən araşdırılır.

AzNews.az