İran gələn ilin büdcəsində müdafiə xərclərini üç dəfə artırıb

29 Oktyabr 2024 20:01 (UTC+04:00)

İranda müdafiə büdcəsi ötən illə müqayisədə rekord dərəcədə artıb.

Hökumət sözçüsü Fatma Mühacerani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında mövcud hadisələri dəyərləndirib.

Layihəsi bu gün Məclis tərəfindən təsdiqlənən gələn ilin büdcəsində müdafiə ehtiyaclarının qarşılanması üçün hər cür səy göstərildiyini deyən Mühacerani, "Bu məsələyə xüsusi diqqət yetirildi. Bu səbəbdən ölkənin hərbi büdcəsində 200 faizdən çox ciddi bir artım oldu” ,- qeyd edib.

Mühacərani İranın ABŞ-dəkı prezident seçkiləri ilə bağlı fikrini soruşduqda, “Bu seçki məsələsi Amerika xalqına aiddir və bu iki namizəddən hansının seçiləcəyi bizim üçün önəmli deyil” ,-deyə vurğulayıb.

Mövsüm

AzNews.az