Moldovada səs satanlar 111 min dollar cərimə olunub

30 Oktyabr 2024 18:28 (UTC+04:00)

Moldova vətəndaşları prezident seçkilərində səs satın aldıqlarına görə təxminən 111 min dollar cərimələnib.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Milli Mərkəzinin (MSM) saytında məlumat verilib .

MSM-dən bildirilib ki, müəyyən şəkildə səsvermə vədinə görə pul almağa razılıq verən vətəndaşlar 2090 dollara qədər cərimələnə bilər. Lakin onlar özləri polisə müraciət etsələr və istintaqla əməkdaşlıq etsələr, cəzadan yayına bilərlər.

Həmçinin, seçkinin nəticələrinə təsir etmək üçün pul təklif edən şəxsləri 5 ilə qədər həbs və 2,7 min dollardan çox cərimə gözləyirlər.

Mövsüm

AzNews.az