Avropa İttifaqı (Aİ) Rusiya iqtisadiyyatının çətinliklərin öhdəsindən gəlmək qabiliyyətini düzgün qiymətləndirmədi və bu, Brüsselin Kiyevə uzunmüddətli yardımı daha yaxşı planlaşdırmasına mane oldu.
Bu barədə Finlandiyanın keçmiş prezidenti Sauli Niinistonun təqdim etdiyi Avropanın mülki və hərbi hazırlığının gücləndirilməsinə dair hesabatında deyilir.
“Rusiyanın müharibə iqtisadiyyatını səfərbər etmək və iqtisadi çətinlikləri məhdudlaşdırmaq və ya ən azı gecikdirmək qabiliyyətinin əvvəlcədən tanınması Ukraynanı silahlandırmaq səylərimizin aktuallığına kömək edə bilər və [Kiyevin] uzunmüddətli dəstəyinin həcmini daha tez və dəqiq qiymətləndirməyə imkan verə bilər. ”, - Avropa Komissiyasının saytında dərc olunan mətndə deyilir.
Niinistöyə görə, Brüssel təhdidləri və onların mənbələrini daha yaxşı təhlil etməlidir. O, buna Aİ qərarlarının qəbulunda kəşfiyyat məlumatlarından və proqnozlardan daha səmərəli istifadə etməklə nail olmağı təklif edir.
Mövsüm
AzNews.az