Azərbaycanlı tələbə Rusiyada güllələndi

21 Avqust 2013 14:11 (UTC+04:00)
Rusiyanın Sankt-Peterburq şəhərinin Kirov rayonunda naməlum şəxslər azərbaycanlı tələbəni güllələyiblər.

Lent.az-ın "Baltİnfo"ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında Baltiysk küçəsində baş verib.

Zərərçəkən həmyerlimizin adı açıqlanmasa da, Aerokosmik Cihazqayırma Universitetin I kurs tələbəsi olduğu bildirilir. O, açıqlamasında bildirib ki, hücum edən şəxs slavyan görkəmli və kamufulyajda olublar. Tələbə onu yerə yıxana cavab vermək istədikdə daha bir naməlum şəxs zərərçəkənə tərəf 5 dəfə atəş açıb.

Hazırda polis tələbəyə hücum edənləri axtarır.


AzNews.az