Rəhim Qazıyevin qardaşı oğlu narkotiklə həbs edildi - EKSKLÜZİV

21 Avqust 2013 14:53 (UTC+04:00)
Keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşıoğlu narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Bu barədə AzNews.az-a hüquq-mühafizə orqanlarından eksklüziv məlumat daxil olub.

Məlumatda bildirilir ki, R.Qazıyevin qardaşı oğlu Orxan Qazıyev bu gün saat 11:30-da İrandan Azərbaycana keçərkən Astara Gömrük Keçid Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı O.Qazıyevin üstündən 60 qram tiryək aşkar edilib.

Xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladığımız R.Qazıyev məsələdən məlumatsız olduğunu bildirdi: "Mən indi anam gildəyəm. Orxanı orada görmədim. Amma həbs olunmasından xəbərsizəm. Valideynləri ilə əlaqə saxladım. Dedilər, xəstədi, İrana gedib, ancaq yenə deyirəm, həbsindən xəbərsizəm. Mən o uşaqdan üz döndərmişəm".

Anar GƏRAYLI
AzNews.az