Dünyanın ən çox qazanan modelləri
21 Avqust 2013 18:00 (UTC+04:00)
"Forbes" dərgisi 2013-cü ildə dünyanın ən çox qazanan modellərinin adlarını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, siyahıda birinci yerdə braziliyalı Gizela Bündçen yer alıb. 7 ildir ilk pillədəki yerini heç kimə verməyən model bu il 42 milyon dollar qazanıb.
"Forbes"in araşdırmasına görə, ikinci sırada dünyanın tanınmış modellərindən olan avstraliyalı Miranda Kerr dayanıb.
O, 7,2 milyon dollar gəlir əldə edib. Braziliyalı gözəl Adriana Lima üçüncü olub. Cazibədar model 6 milyon dollar qazanıb.
Amerikalı Keyt Mosun cari il ərzində qazancı isə 5,7 milyon dollar olub.
Siyahıda yer alan digər modelləri təqdim edirik:
5. Liu Uen (Çin) – 4,3 milyon dollar
6. Hilari Rhoda (Amerika) – 4 milyon dollar
7. Karolin Mörfi (Amerika) – 3,6 milyon dollar
8. Joan Smols (Puerto-Riko) – 3,5 milyon dollar
9. Kandis Svanepol (Cənubi Afrika) – 3,3 milyon dollar
10. Lara Stoun (Hollandiya) – 3,2 milyon dollar
AzNews.az