İlham Əliyev Qax rayonuna 2 milyon manat ayırdı
21 Avqust 2013 19:01 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"APA-Economics"in məlumatına görə, Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qax Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.
AzNews.az